İstanbulda keçirilən konfrans Suriya müxalifətinə pul və siyasi dəstək verdi
Klinton Əsədi Qəddadfinin gününə salacaqları ilə hədələdi
İstanbulda keçirilən “Suriyanınn dostları qrupu”nun konfransında iştirak edən ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, Vaşinqton Suriya müxalifətinin dəstəklənməsi üçün daha 12,2 milyon dollar ayırır. Modern.az “Huriyyet” qəzetinə istinadən bildirir ki, Klinton Suriyaya edilən köməyin çatdırılması ilə bağlı tərəfdaş ölkələrlə müzkirələr aparıb. Klinton Bəşər Əsəd hökümətindən dinc əhaliyə qarşı əməliyyatların dayandırılmasını tələb edib.
“Əks təqdirdə siz bunun ciddi fəsadları ilə üzləşəcəksiniz. Vətəndaşlarınız bunu untumayacaqlar”-deyə Klinton bəyan edib.
Dövlət katibi BMT-nin keçmiş baş katibi Kofi Annanaın Suriyaya dair hazırladığı planının icrasına şübhə ilə yanaşdığını deyib. Forumun sonunda jurnalistlərə açıqlamasında Klinton bildirib ki, Əsədin “Annan planının” həyata keçirməsi üçün artıq vaxtı qalmayıb.
Suriya müxalifətini birləşdirən Milli Şuranın rəhbəri Burxan Qalyun Əsədə qarşı döyüşənlərin əmək haqlarınınn ödəniləcəyinə təminat verib. Qalyun Suriya Milli Şurasını yeganə legitim hakimiyyət strukturu kimi tanımağı təklif etsə də, hələlik bu qəbul edilməyib.
Qeyd edək ki, İstanbulda keçirilən konfransa qatılan 60 ölkə arasında Azərbaycan da var. Ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Rusiya bu konfransa qatılmaqdan imtina edib.
Konfrans Əsəd rejiminə yeni sanksiyaları hazılamaq üçün işçi qrupları yaratmağı qərara alıb. Qrup yaxın iki həftə ərzində Parisdə bir araya gələcək.
Xaqani SƏFƏROĞLU