Ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı «Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında» sərəncamının icrası istiqamətində işlər davam etdirilir.
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, latın dilində ensiklopediyanın xüsusi cildi çoxdan hazırlanıb. Ensiklopediyanın birinci, ikinci cildləri də artıq hazırdır. Latın qrafikası ilə çap olunan B variantı nəşr olunmaq üçün Almaniyaya göndərilib. Üçüncü və dördüncü cildlər üzərində iş gedir.
Qeyd edək ki, ensiklopediyanın xüsusi cildi və satış variantı Almaniyada nəşr olunur. Kitabxana üçün nəzərdə tutulan nəşr isə “Şərq-Qərb” mətbuatında çap olunub.
Ensiklopediyanın hər cildinin ümumilikdə 35 min nüsxə olacağını bildirilir.
Qeyd edək ki, ümumilikdə universal milli ensiklopediyanın 25 cilddə nəşr olunması nəzərdə tutulub.
Gültəkin Ələsgər