Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, aprelin 2-dən 3-nə keçən gecə Bakıda və Abşeron yarımadasında əlverişsiz hava şəraiti höküm sürəcək. Bəzi yerlərdə qısamüddətli yağış yağacaq. Gün ərzində temperaturun dəyişəcəyi, gecə 5-9, gündüz isə 9-13 dərəcə isti olacağı gözlənilir. Paytaxtda güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında isə nisbətən mülayimləşəcək. Rayonlarda da hava pisləşərək yağıntılı olacaq.
Qeyd edək ki, hava şəraitinin gözlənilmədən pisləşməsi meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.
Modern.az