Modern.az

AMİP sədri: “8 aprel mitinqinə qoşulmaq qərarı verməmişik”

AMİP sədri: “8 aprel mitinqinə qoşulmaq qərarı verməmişik”

2 Aprel 2012, 14:28

Partiya bununla bağlı bu gün ya sabah qərar verəcək

“Biz İctimai Palatanın 8 aprel mitinqini dəstəkləyirik, amma qoşulmaqla bağlı qərar verməmişik”. Bu barədə Modern.az-a AMİP sədri Yusif Bağırzadə İctimai Palatanın 8 aprel tarixinə təyin etdiyi mitinqlə bağlı münasibət bildirərkən deyib. Partiya sədrinin sözlərinə görə, onlar İctimai Palatanın bu addımını dəstəkləsələr də, mitinqdə iştirak edib-etməyəcəkləri ilə bağlı rəsmi qərar verməyiblər.

“Mən partiya sədri kimi birmənalı şəkildə İctimai Palatanın 8 aprel tarixində keçirəcəyi mitinqi dəstəkləyirəm. Lakin bu məsələ bizim Siyasi Şurada müzakirə olunacaq və bundan sonra biz  8 aprel mitinqinə qoşulub, qoşulmayacağımızla bağlı son qərarımızı verəcəyik. Qeyd edim ki, Siyasi Şura bu gün və ya da sabah bununla bağlı qərar  qəbul edəcək”-deyə Y.Bağırzadə deyib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal