Modern.az

ATƏT-in Bakı ofisi: “İqtidar-müxalifət dialoqu üçün hazırlıq işləri davam edir”

ATƏT-in Bakı ofisi: “İqtidar-müxalifət dialoqu üçün hazırlıq işləri davam edir”

2 Aprel 2012, 15:45

Bir müddət öncə ATƏT-in Bakı Ofisin Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların qarşılıqlı dialoqunu təşkil edəcəyi ilə bağlı mətbuatda geniş məlumat yayılmışdı. Modern.az-ın əməkdaşı məsələnin hazırda nə yerdə olduğunu öyrənmək üçün ATƏT-in Bakı Ofisi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov bildirib ki, partiyaların dialoqu ilə bağlı proses hazırda davam edir:

“Bu istiqamətdə hazırlar işlər davam edir. Hələki nə bir irəliləyiş, nə də yeni bir xəbər yoxdur.

Görüşün nə zaman və harada olacağı dəqiq bilinmir. Biz sadəcə olaraq çox istərdik ki, bu dialoq ən qısa vaxtda baş tutsun”-deyə qeyd edən R.Hüseynov dialoqa hansı partiyaların qoşulacağı ilə bağlı məlumat verməyib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal