Modern.az

Erməni deputat Bakıda Elmar Məmmədyarova etiraz edib

Erməni deputat Bakıda Elmar Məmmədyarova etiraz edib

2 Aprel 2012, 16:48

Modern.az-ın xəbər verdiyi kimi bu gün “Avronest” Parlament Assambleyasının Siyasi işlər və insan hüquqları və demokratiya komitəsinin Milli Məclisdə iclası keçirilib.

İclasda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avropaya inteqrasiyasından daşıb və bu sahədə üzləşdiyimiz çoxsaylı problemlərin olduğunu dilə gətirib. Nazir buna nümunə olaraq Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini və 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu söyləyib. E.Məmmədyarovun bu çıxışından qıcıqlanan erməni nümayəndə heyətinin üzvü Naira Zöhrabyan etiraz edib və bu fikirlərlə razı olmadığını deyib.

Azərbaycanın xarici işlər naziri isə BMT-nin işğal faktoruna dair qətnamələrini erməni deputatın nəzərinə çatdırıb.
"Məgər bunlar real sənəd deyil? İşğal-işğaldır. Siz bununla razı olmaya bilərsiniz, amma bu, beynəlxalq hüquq normaları ilə təsdiqlənib”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal