“Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qurumun işçiləri arasında VIII Spartakiada başlanıb. “İşçilərin mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında təşkil olunan spartakiadada “Azərsu” ASC-nin idarə və müəssisələrinin 240-dək əməkdaşı idmanın 6 növündə - mini-futbol, şahmat, dama, nərd, stolüstü tennis və ağırlıqqaldırma üzrə qüvvəsini sınayacaq.
Açılış mərasimində "Azərsu” ASC-nin İşlər idarəsinin rəisi Möhsün Quliyev və qurumun sədr müavini Tahir Məmmədov çıxış ediblər.
Qeyd edək ki, spartakiadanın ilk günü mini-futbol oyunları ilə başlanıb. Yarışın yekununda komanda və fərdi yarışlarda fərqlənənlər “Azərsu” ASC-nin diplom və qiymətli hədiyyələri ilə təltif olunacaq.
Modern.az