Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 19 il ötür. Bununla əlaqədar bu gün Bakı şəhərində yaşayan rayon sakinləri, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb.
Şəhidlər abidəsi qarşısında keçirilən mərasimdə çıxış edən Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, hər gələn yeni nəsil Kəlbəcərdən bir qədər də uzaqlaşır: “Bu təhlükəni hamımız görməli və Kəlbəcəri, eyni zamanda işğal olunmuş digər torpaqlarımızın azad olunması üçün gerçək işlər görməliyik”.
Mərasimdə çıxış edən“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Azərbaycanın strateji nöqtələrindən olan Kəlbəcərin işğalı ilə Qarabağ cəbhəsində düşmənin üstünlük əldə etdiyini vurğulayıb.
***
Bu gün Kəlbəcərin işğalının 19-cu ildönümi ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin təşəbbüsü ilə toplantı keçirilib. Toplantıda ziyalılar, gənclər iştirak ediblər. Çıxışlarda doğma yurda qayıdışla bağlı çağırışlar səsləndirilib.
|
|
|
|
|
|
|
|
Modern.az