Modern.az

Bakı meriyası: “İctimai Palatanın mitinq müraciətinə baxılır”

Bakı meriyası: “İctimai Palatanın mitinq müraciətinə baxılır”

3 Aprel 2012, 10:36

“İctimai Palatanın aprelin 8-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə baxılır” Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov Modern.az-a açıqlamasında bildirib. İcra nümayəndəsi qeyd edib ki, 8 aprel mitinqi ilə bağlı müraciətə baxılıb müvafiq cavab veriləcək.

“Məsələyə baxdıqdan sonra qanuna uyğun şəkildə rəsmi cavab veriləcək”-deyə Z.Ramazanov vurğulayıb.

Qeyd edək ki, müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palata aprelin 8-nə təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib. Müraciətdə “Təbriz” və “Nərimanov” kinoteatrlarından birinin qarşısı saat 16.00-dan 18.00-a qədər müddətdə mitinq keçirilməsi üçün istənilib. Mitinqdə “Qarabağa azadlıq!”, “Yeni parlament seçkiləri keçirilsin!”, “Korrupsiyaya və rüşvətə yox!”, “Siyasi məhbuslara azadlıq” şüarları səsləndiriləcək.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal