Modern.az

Rusiyanın Xəzər həyəcanı - Lavrovun Bakıya gəlişinin səbəbi

Rusiyanın Xəzər həyəcanı - Lavrovun Bakıya gəlişinin səbəbi

3 Aprel 2012, 10:58

Moskva “Transxəzər” qaz kəmərinə qarşı demarşa başlayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Bakıya gəlir. Modern.az Rusiya XİN-in verdiyi məlumata istinadən bildirir ki, səfəri zamanı Lavrov prezident İlham Əliyevlə, Baş nazir Artur Rasizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Xəzər dənizi ilə bağlı problemlər də müzakirə ediləcək.

“Biz Xəzər dənizinin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın hazırlanması planını müzakirə etməyi planlaşdırırıq”-deyə Rusiya XİN-in məlumatında vurğulanır.

Qeyd edək ki, Lavrov dünən Ermənistanda olub. Burda görüşlər keçirən XİN başçısı qondarma “soyqırımı” abidəsini ziyarət edib və əklil qoyub.

Xəzər dənizinin statusu ilə bağlı danışıqların gündəmə gəlməsi çox guman ki, “Transxəzər” qaz kəməri ilə bağlı son günlər yayılmış məlumatlarla əlaqədardır. Türkmənistan rəsmən bəyan edib ki, Rusiyadan yan keçməklə qazı Avropaya daşıyacaq kəmərin çəkilişi üçün Azərbaycanla prinsipial razılıq əldə olunub. Bu məlumatlar Moskvada narahatlıqla qarşılanıb. Görünür Lavrov tərəfindən Xəzərin statusu məsələsini xatırlatmaqla Rusiya “oyunu” onsuz oynamağın çətin olacağına işarə edib.

Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal