Modern.az

AZAL-ın təyyarələrində “Nar mobile” xidməti

AZAL-ın təyyarələrində “Nar mobile” xidməti

3 Aprel 2012, 12:28

Bu gün “Hilton” mehmanxanasında keçirilən tədbirdə Rabitə və İnformasiya Texnoilogiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycanın Hava Yolları (AZAL) və İsveçrənin “On Air” hava şirkətinin birgə layihəsinin başlandığı elan edilib. Bu layihə çərçivəsində “Nar mobile” operatoru AZAL-a məxsus təyyarələrdə sərnişinlərə rabitə xidməti  təqdim edəcək. Artıq layihənin həyata keçirilməsinə başlanılıb və ilkin mərhələdə 2012-ci ildə AZAL-ın 12 təyyarəsində xidmətin göstərilməsi nəzərdə tutulur.
Bu layihə Azərbaycanda həyata keçirilən İnformasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya çərçivəsində gerçəkləşdirilir.  


Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal