Modern.az

Əmanətlərin qaytarılması üçün Xüsusi Komissiya yaradıldı - SİYAHI

Əmanətlərin qaytarılması üçün Xüsusi Komissiya yaradıldı - SİYAHI

Təhsil

3 Aprel 2012, 12:38

Modern.az xəbər verir ki, Baş nazir Artur Rasizadənin imzaladığı qərarla sovet dövründən qalan əmanətlərin Azərbaycan vətəndaşlarına qaytarılmasını təmin etmək məqsədilə xüsusi komissya yaradılıb.

Qərarda bildirilib ki, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan  vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Maliyyə Nazirliyinin nəzdində aşağıdakı tərkibdə Xüsusi Komissiya yaradılır:

Komissiyanın sədri

Razim Vəliyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru

 Komissiyanın üzvləri:

Mirağa Abbasov -  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin baş məsləhətçisi

Seymur İsmayılov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin aparıcı məsləhətçisi

Şəmsəddin Sadıxov -  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinin baş inspektoru

Faiq Qarayev - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin baş inspektoru

Faiq İsgəndərov - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil, proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi

Maqsud Tağıyev - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil, proqnozlaşdırma şöbəsinin məsləhətçisi

Samir Nəsibov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hüquq şöbəsinin baş məsləhətçisi

Natiq Rəsulov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vergi siyasəti və gəlirlər şöbəsinin baş məsləhətçisi

Şahin Məmmədov - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin daxili borcun uçotu və icmallaşdırılması şöbəsinin baş məsləhətçisi

Nizami İbrahimli - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin büdcə təşkilatlarında nəzarət tədbirlərinin aparılması şöbəsinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi

Babək Hüseynov - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsi müdirinin müavini

Elman Quliyev  - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sosial təminat və humanitar yardım şöbəsinin sektor müdiri

Asim Əsədov - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, mətbuat və informasiya xidməti departamentinin aparıcı məsləhətçisi

Fikrət Məmmədov - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsi müdirinin müavini

Sözügedən qərarla keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə yaradılmış Xüsusi Komissiyanın fəaliyyət Qaydası təsdiq edilib.

Qərarda bildirilib ki, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi və bu işin təşkil edilməsi, o cümlədən bu işin icrası üçün "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müddətli əmək müqavilələri əsasında əlavə işçi qüvvəsinin cəlb edilməsi, onların yerləşdirilməsi xərclərinin ödənilməsi, maddi-texniki və proqram təminatı məsələlərinin həll edilməsi məqsədi ilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ilkin olaraq 300000000 (üç yüz milyon) manat məbləğində vəsait ayrılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal