Modern.az

Prezident Avronest-in sessiyasında iştirak edib

Prezident Avronest-in sessiyasında iştirak edib

3 Aprel 2012, 13:09

Modern.az-ın məlumatına görə, aprelin 3-də Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olub. Mərasimdə prezident İlham Əliyev də iştirak edib.

Sessiyanı giriş sözü ilə açan Milli Məclisin sədri Oqtay Əsədov  prezident İlham Əliyevi və qonaqları salamlayıb. Daha sonra ölkə başçısı çıxış edib. Avropa Parlamentinin sədri Martin Şultsun sessiya iştirakçılarına videomüraciəti nümayiş etdirib.

Qeyd edək ki, Avronest PA-nın birinci sessiyası Strasburqda keçirilib. Ikinci sessiyada Avropa ölkələrindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçiləri iştirak edirlər.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal