Rusiya prezidenti Dmitri Medvedev “Yukos” neft şirkətinin sabiq sahibi, milyarder Mixail Xodorkovskinin əfvini istəyən İnsan hüquqları üzrə şuranın qətnaməsini rədd edib. Modern.az bildirir ki, bu haqda şuranın sədri Mixail Fedotova istinadən "Vesti” məlumat yayıb.
“Prezident ekspert nəticəsilə razılaşmadı. Prezident hesab edir ki, o, əfv ərizəsi yazmayan şəxsi bağışlaya bilməz”. Fedotovun sözlərinə görə, dövlət başçısının ekspert rəyini rədd etməyinin səbəbi dolayı yolla da olsa, aydın deyil. Bununla bərabər o, həmçinin deyib ki, prezident bunu etmək məcburiyyətində deyil, bu onun hüququdur.
“Prezident, ümumiyyətlə, heç kəsi bağışlamamalıdır, bu vəzifə deyil və onun hüququdur.
İttiham edilmişin əfvə görə xahiş etmək hüququ prezidentin bağışlamaq məcburiyyətində olduğunu doğurmur", - deyə Fedotov açıqlama verib.