Modern.az

TQDK abituriyentlərə xəbərdarlıq etdi

TQDK abituriyentlərə  xəbərdarlıq etdi

3 Aprel 2012, 16:02

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sınaq imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçmiş abituriyentlərə müraciət ünvanlayıb. TQDK-nın  mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin Modern.az-a verdiyi məlumata görə, sınaq imtahanlarına qeydiyyatla bağlı aparılmış təhlillər göstərib ki, 2012-ci il aprelin 8-də keçiriləcək imtahana bəzi abituriyentlər valideynlərinin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib. Bununla əlaqədar olaraq TQDK bildirir ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək.

Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar! İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirilməsi qəti qadağandır!  

Gültəkin Ələsgər
 
Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal