Bu gün Milli Məclisdə AVRONEST Parlament Assambleyasının ikinci sessiyasında erməni deputatların sayıqlamasına azərbaycanlı deputat Məlahət İbrahimqızı da reaksiya verib. O, ermənilərərə deyib ki, emosiyalarını cilovlasınlar:
“Azərbaycan nümayəndə heyəti burada BMT-nin, ATƏT-in və başqa beynəlxalq qurumların Qarabağın işğalını özündə əks etdirən sənədlərə istinad edib danışıblar. Ona görə də BMT sənədlərinə istinadən danışılan fikirlərə belə emosiyalarla reaksiya vermək lazım deyil”.
Məlahət İbrahimqızı erməni deputatlarını iclasın işinə kölgə salmamağa çağırıb.
AVRONEST Parlament Assambleyasının bu gün Azərbaycan Milli Məclisində start götürən ikinci sessiyasında iştirak edən Ermənistan nümayəndə heyətinin üzvi, deputat Naira Zöhrabyan sessiya iştirakçılarına Azərbaycan əleyhinə məlumat əks olunan vərəqələr paylayıb .
Erməni nümayəndə heyətinin rəhbəri Vahan Ovenesyan isə sessiya başlayan kimi sərsəmləyərək Azərbaycanda nifrətlə qarşılandıqlarını, onların faşistlərlə eyniləşdirildiyini qeyd edib.