Modern.az

Ermənilər Bakıda Xocalı ilə bağlı məruzə yaymağı planlaşdırırlar

Ermənilər Bakıda Xocalı ilə bağlı məruzə yaymağı planlaşdırırlar

3 Aprel 2012, 17:07

Bakıda keçirilən AVRONEST Parlament Assambleyasının ikinci sessiyasında iştirak edən erməni nümayəndə heyəti toplantıya təqdim etmək üçün məruzə hazırlayıb. Modern.az bildirir ki, bu barədə nümayəndə heyətinin üzvü Ovanes Saakyan açıqlama verib. Məlum olub ki, erməni nümayəndə heyəti Xocalı soyqırımı ilə bağlı dünyada Azərbaycanın apardığı prosesdən ciddi şəkildə təşvişə düşüb. Onlar buna qarşı əks mövqe qoymaq üçün AVRONEST-in kürsüsündən istifadə etməyə qərar veriblər.
Belə ki, Bakıda sessiyada iştirak edən  “Daşnaksütyun” fraksiyasının rəhbəri Vaan Ovanesyan Xocalı ilə bağlı ingilis dilində məruzə hazırlayıb və bu sənədi toplantıda yaymaq niyyətindədir.

Modern.az    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal