Modern.az

Külli miqdarda vergidən yayınmaya yol verən müəsisələrin adları açıqlandı – SİYAHI

Külli miqdarda vergidən yayınmaya yol verən müəsisələrin adları açıqlandı – SİYAHI

3 Aprel 2012, 17:29

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2012-ci ilin mart ayında 15 cinayət işi başlanıb ki, onlardan da 8-i külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmış sahibkarlar barəsində olub.

Modern.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, araşdırmalara görə, “Azərbərpa-1” MMC 347 min 487,99 manat, “Rubin-TTİ” 181 min 28,35 manat, “Yeni sabah” MMC isə 4 milyon 119 min 588,22 manat məbləğində vəsaiti vergi orqanlarına təqdim edilən hesabatlara bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə dövlət büdcəsinə ödəməkdən  yayındırıblar. Külli miqdar təşkil edən bu cür vergidən yayınma faktları vergi orqanları tərəfindən “Yeni sabah” MMC-də 2007-ci ilin oktyabr ayı üzrə aparılmış kameral vergi yoxlaması, “Azərbərpa-1” MMC, “Rubin-TTİ”-də 2010-cu il üzrə aparılan növbədənkənar səyyar vergi yoxlamaları zamanı aşkara çıxarılıb. Sözügedən müəssisələr əsasən əlavə dəyər vergisi, mənfəət vergisi və ödəmə mənbəyindən tutulan vergiləri büdcədən yayındırıblar.  

Departament tərəfindən aparılmış digər araşdırmalarla “M Aqrarsənaye”, “Falko-Fa”, “Paradif”, “Caspian Dome” və “Pronto LTD” MMC-də də külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktları aşkar edilib. Hazırda təqsirli şəxslərin müəyyən olunması ilə bağlı tədbirlər həyata keçirilir. Araşdırma zamanı vergidən yayınma faktları toplanmış materiallarla təsdiq edildiyi üçün onlardan hər biri üzrə Departamentdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması) ilə müvafiq cinayət işi başlanıb.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal