Modern.az

Sınaq imtahanlarının nəticələri açıqlandı

Sınaq imtahanlarının nəticələri açıqlandı

3 Aprel 2012, 19:11

Təhsil Nazirliyi martın 31-də və aprelin 1-də ölkənin bir sıra bölgələrində XI siniflər üzrə keçirilən sınaq (yoxlama) imtahanlarının nəticələrini açıqladı. Təhsil Nazirliyindən Monitorinq və Qiymətləndirmə şöbəsindən Modern.az saytına bildirilib ki, budəfəki imtahanlar Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında təşkil olunub.

İmtahanların nəticələrini Təhsil Nazirliyinin saytından - //exam.edu.gov.az/welcome.aspx öyrənmək olar.

IX siniflərdə sınaq imtahanı Azərbaycan dili və riyaziyyat, XI siniflərdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilib.

Qeyd edək ki, yoxlama sınaq imtahanı zamanı şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal