Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 3-də saat 14.30-dan 14.35-dək Ermənistanın Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində, saat 19.05-dən 19.10-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 21.45-dən 21.55-dək və 22.40-dan 23.00-dək Ermənistanın İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və adsız yüksəkliklərdə, saat 12.55-dən 13.15-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 13.30-dan 13.40-dək Füzuli rayonunun Horadiz kəndi, saat 09.45-dən 09.50-dək, aprelin 4-də 00.50-dən 01.00-dək və 00.30-dan 00.40-dək Ağdam rayonunun Yusifcanlı və Şirvanlı kəndləri, saat 00.10-dan 00.15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Modern.az