TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, abituriyentlər imtahan nəticələrini “NAR Mobile” mobil operatoru vasitəsilə də öyrənə biləcəklər. Belə ki, sınaq və qəbul imtahanlarının nəticələrini TQDK-nın internet saytı ilə yanaşı mobil telefon xidməti vasitəsilə də öyrənmək mümkündür.
A rtıq nəticələr elan olunduqda “Azercell” və “Bakcell” şirkəti ilə yanaşı, “Nar Mobile” mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərməklə "İmtahan-Info" xidməti vasitəsilə imtahan nəticələrini öyrənə biləcəklər. Xidmət Azerfone MMC-nin servis və məzmun təminatçısı olan “Azericom” MMC-nin texniki dəstəyi ilə həyata keçirilir.