Modern.az

Nəqliyyat Nazirliyi “Eurovision-2012”yə hazırlaşır

Nəqliyyat Nazirliyi “Eurovision-2012”yə hazırlaşır

4 Aprel 2012, 11:45

Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsinin yaxınlaşması rəsmi qurumları hazırlıq işlərini sürətləndirməyə məcbur edib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov Modern.az-a  bildirib ki, qurum bir sıra tədbirlər görür:
“Aprel ayından başlayaraq, yolların xətlənməsi, yol kənarlarının təmizlənməsi , avtobus parklarının yenilənməsi prosesi gedir ki, bütün bunlar da  bir layihə içərisindədir. Eyni zamanda 500 ədəd “Londan taksi”sinin Bakıya gətirilməsi nəzərdə tutulub ki, onlardan da 200 ədədi artıq paytaxtdadır, qalanları hələ yoldadır”.
Nazirlik sözçüsü  onu da  qeyd edib ki, bir müddət əvvəl işə salınan nəqliyyatın intellektual idarəetmə sistemin birinci mərhələsi may ayına kimi yekunlaşacaq. Artıq avtobusların tam qrafikləşmə prosesi bitmək uzrədir.

Nihadə Eyyubova

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal