Modern.az

Bakının köhnə su xətləri yenilənir

Bakının köhnə su xətləri yenilənir

4 Aprel 2012, 15:20

“Azərsu” ASC-nin mətbuat ximdətindən Modern.az-a verilən məlumata görə, əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı paytaxtın Binəqədi rayonunda 7-ci və 8-ci mikrorayonlarında köhnə su xəttlərinin bir hissəsi dəyişdirilir. Bildirilib ki, Binəqədi Mərkəzi Nasosxanasından Z.Bünyadov küçəsinə qədər 4 kilometr uzunluğunda metal borulardan ibarət olan magistral su kəmərinin Ə.Rəcəbli küçəsindən keçən 700 metrlik hissəsi korroziyaya uğradığından vaxtaşırı su itkiləri yaranırdı. Hazırda həmin   metal borular  900 mm diametrlik polietilen borularla əvəzlənir. Bununla paralel olaraq həmin ərazidə yaşayış massivlərini içməli su ilə təmin etmək məqsədi ilə 300 mm diametrlik polietilen borularla 500 metr uzunluğunda köməkçi magistral kəmər də çəkilir. Tədbirlər planına uyğun olaraq tikinti-quraşdırma işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Bununla da Binəqədi rayonunda 7-ci və 8-ci mikrorayonların içməli su təchizatı yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.    

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal