İctimai Palatanın 8 aprel mitinqi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə bu gün meriya rəsmi cavab veriləcək. Bununla bağlı BŞİH-in İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov Modern.az-a məlumat verib. İcra rəsmisi bildirib ki, İctimai Palatanın müraciətinə rəsmi cavab hazırlanıb və bu gün təqdim olunacaq.
“Biz İctimai Palatanın 8 aprel taxininə keçirmək istədikləri mitinqlə bağlı müraciətə baxmışıq və rəsmi cavab da hazırlamışıq. Bu gün Bakı Şəhər İcrar Hakimiyyətinin rəsmi cavabı təqdim olunacaq”-deyə Z.Ramazanov qeyd edib.
İctimai Palatadan Gülağa Aslanlı bildirib ki, onların nümayəndəsi cavabı almaq üçün şəhər meriyasına göndərilib. Bir azdan İctimai Palata meriyanın cavabı barədə ictimaiyyətə məlumat verəcək.
Anar RÜSTƏMOV