“Hər il Ermənistanı 25 min insan tərk edir”
“2001-2007-ci illəri arasında Ermənistanı 150 min insan tərk edib, 2008-ci ildəki köç haqqında isə araşdırma aparılmayıb”. Bu açıqlamanı bu gün İrəvanda təşkil edilən konfransda Ermənistanın Miqrasiya Xidmətinin rəisi Qagik Yeganyan verib.
Nə üçün həmin il araşdırma aparılmayıb” sualını Q.Yeganyan ″Dövlət buna maliyyə ayırmadı. Daha əvvəl reallaşdırılan bütün araşdırmalar beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilirdi″ şəklində cavablanırıb.
Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, Yeganyan, hazırda xarici köç həcminin 2001-2007 illərindəki ilə eyni səviyyədə olduğunu, buna görə hər il ölkəni 25 min adamın tərk etdiyini bildirib: “Məni təəccübləndirən bu rəqəmin hər il eyni olmasıdır”.
Ermənistan üçün 25 minin az rəqəm olmadığını deyən xidmət rəisi ″Bir insanın belə ölkədən getməsini eşitmək acıdır” deyib.
Modern.az