Modern.az

Qadınlar üçün ictimai vəkillik

Qadınlar üçün ictimai vəkillik

Təhsil

4 Aprel 2012, 23:17

“Konstitusiya” Araşdırmalar Fondu və “Qadınlar Arası Həmrəylik” İctimai Birliyi mart ayından etibarən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Qadın İştirakçılığı Proqramı çərçivəsində Kounterpart İnterneşnl təşkilatının maliyyə dəstəyi ilə “Qadınların inkişafı naminə ictimai maraqların qorunması” layihəsinin icrasına başlayıb.

Layihənin əsas  məqsədi cəmiyyətdə qadınların aktiv sosial qrup kimi formalaşması üçün BMT-nin “Qadınlara qarşı bütün növ ayr-seçkiliyi qarşısının alınması üzrə Konvensiyasının” (CEDAW) Azərbaycan hökümətinə tövsiyyələrinin icrası və təbliği üçün ictimai vəkillik kampaniyasının həyata keçirilməsidir.

İctimai vəkillik kampaniyasının kompanentləri olaraq regionlarda ictimai dinləmələrin, aidiyyatı dövlət orqanları və regionlarda yerli özünuidarəetmə orqanlarının nümayəndələri ilə görüşlərin keçirilməsi, televiziya verilişlərinin və sosial reklam çarxının hazırlanması və bir sıra digər maarifləndirici və maarifləndirici işlərin görülməsi nəzərdə tutulub.

Layihənin əsas hədəf qrupları regionlarda yaşayan qadınlar, təhsil alan gənc qızlar, fəaliyyət göstərən qadın təşkilatları, təhsil müəssisələri, dövlət və özəl işəgötürən orqanlar, əhaliyə tibbi xidmət göstərən müəssisələr, yerli özünüidarəetmə orqanları, tövsiyyələrin həyata keçirilməsinə və buna nəzarətdə məsul olan qurumlardır.
Layihənin icra müddəti 18 aydır və yekun olaraq qadınların cəmiyyətdə, təhsil və iş həyatında iştirakçılığının artırılması üçün siyasət sənədi hazırlanacaq.   

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu