Modern.az

Qəbələdə 3 nəfər qar uçqununa düşüb

Qəbələdə 3 nəfər qar uçqununa düşüb

5 Aprel 2012, 10:05

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Qəbələ rayonu Vəndam kəndinin 3 nəfər sakini ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb.

Bununla bağlı nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər. Hadisədən dərhal sonar FHN-in aviasia dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və xüsusi təlim keçmiş itlər hadisə rayonuna cəlb olunublar. İtgin düşən şəxslərin axtarışları bu gün də davam etdiriləcək.

Qar uçqununa düşənlər Vəndam kənd sakinləri 1992-ci il təvəllüdlü Elvin Kərimov, 1990-cı il təvəllüdlü Nazir Bayramov və 1991-ci il təvəllüdlü Zakir Məmmədovdur. Onlar ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıblar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal