Modern.az

Daşınmaz əmlak şikayətlərinə “qaynar xət”də baxılırmı?

Daşınmaz əmlak şikayətlərinə “qaynar xət”də baxılırmı?

5 Aprel 2012, 10:37

“Gün ərzində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 nömrəli qaynar xətti”nə 20-yə yaxın zəng daxil olur.  Daxil olan müraciətlərin əksəriyyəti daşınmaz əmlakın qeydiyyat  məsələləri ilə bağlıdır”. Bu barədə Modern.az-a  Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat mərkəzinin rəhbəri Qulu Xəlilov məlumat verib.

“Vətəndaşların müraciətlərinin cavablandırılması, bu sahədə operativliyin artırılması ilə bağlı  tək komitədə yox, həm reyestr xidmətində, həm də auksion mərkəzində “qaynar xətlər” fəaliyyət göstərir. 24 saat ərzində fəaliyyət gostərən “qaynar xətlər”ə  istənilən an  vətəndaşlar tərəfindən müraciətlər  daxil olur”.

Komitə sözçüsü qeyd edib ki, “qaynar xətt”ə daxil olan məlumatlar  müxtəlif səpgidədir. “Bizə edilən müraciətlər  daşınmaz əmlakın özəlləşdirilməsi,  icarəyə verilməsi, icarə rüsumları, səhmdar cəmiyyətlərin özəlləşdirilmə  qaydaları, torpaq sahələrinin özəlləşədirilməsi, eyni zamanda daşınmaz əmlakın qeydiyyat prosedurlarının öyrənilməsi, vətəndaşların bağ sahələri, mənzillərin  qeydiyyata alınması, qeyri-yaşayış yerlərinə texniki pasportların  tərtib olunması ilə bağlı  olur”.  
Q.Xəlilov deyib ki, otən il ərzində  komitədə fəaliyyət göstərən 193, 148 və 566-07-44  nomrəli “qaynar xətlər”ə 700-ə yaxın müraciət olub.
“Bu müraciətlərin 70-80 faizi vətəndaşların həm qeydiyyat, həm də özəlləşdirmə prosedurlarının öyrənilməsi ilə əlaqəli olur. Təbii ki, şikayət xarakterli müraciətlər də  olur, amma araşdırma zamanı  vətəndaşların  hüquqlarını  izah  edirik və başa düşülür ki, vətəndaş özü öz hüququnu bilməyərəkdən bizə şikayət xarakterli sorğu göndərib”.

Nihadə Eyyubova

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir