Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 06-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən aprelin 06-dan 08-dək Abşeron yarımadasında mülayim temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olması ilə yanaşı, aprelin 06-sı və 07-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Modern.az