Modern.az

Fəxri adlar kimlərə verilir ? - Nazirliyin açıqlaması

Fəxri adlar kimlərə verilir ? - Nazirliyin açıqlaması

5 Aprel 2012, 14:32

Mədəniyyət  sahəsində çalışan insanlar arasında hər zaman hansısa intriqalar və narazılıqlar yaşanır. Bu narazılıqlar fəxri adların verilməsi prosesindən sonra daha da kəskinləşir. Ümumiyyətlə fəxri adlar kimə verilməlidi ? Hansı meyarlara əsasən verilir bu adlar? Bu sullara cavab tapmaq üçün Modern.az saytının əməkdaşı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovla əlaqə saxlayıb.

İntiqam Hümbətov bildirib ki, fəxri adlar və mükafatlar Azərbaycan mədəniyyətində hansısa nailiyyətləri olan şəxslərə və əsasən də onların yaradıcılıq fəaliyyətləri nəzərə alınaraq ölkə rəhbərliyi tərəfindən verilir. Bura “Xalq artisti”, “Əməkdar artist”, hansısa mükafatlar, təqaüdlər və təltiflər daxildir.

”Fəxri adların verilməsi dövlətimizin incəsənət sahəsində əməyi olan insanlara qayğısının bariz bir nümunəsidir. Adların verilməsi  incəsənətin müxtəlif sahəsində çalışan insanların  yaradıcılıq fəaliyətlərinə böyük bir təkan olur. Bu proses və qayğı davam etdirilir. Belə bir məsələ də var ki, teatrda, muzeylərdə, musiqi məktəblərində və ya incəsənətin ayrı bir sahəsində çalışanlar aidiyyəti üzrə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib məsələ qaldıra bilərlər. Bu müraciətlər fəxri adların verilməsi üçün nəzərdə tutulur. Yenə də qeyd edim ki, fəxri adlar uzun müddət  bu sahədə çalışan və müəyyən bir əməyi olan insanlara verilir və yaradıcı fəaliyyət təhlil olunur, bundan sonra adların verilməsi təsdiqlənir.  

Ümumiyyətlə, incəsənət elə bir sahədir ki, bununla bağlı insanalar arasında yaxşı bir mənada rəqabət yaradır. Ola bilsin kimsə gözlədiyi zamandan daha gec alır bu fəxri adı. Bunu da istisna etmirik, bəlkə yalnız o zaman hansısa narazılıq ola bilər. Amma hal-hazırda heç bir narazılıq halı qeydə alınmayıb. Narazı olan yaradıcı bir insanla rastlaşmamışıq. Mənə elə gəlir ki, Azərbaycan Respublikasının prezidenti bu sahəyə çox böyük diqqət və qayğı göstərir. Bu qayğı nəticəsində fəxri adlara layiq olan hər bir şəxs adını və təltifini alır”.

İ.Hümbətov bu yaxınlarda yeni təltiflər və fəxri adların kimlərəsə veriləcəyi barədə məlumatsız olduğunu deyib:
”Yeni kimlər təltif olunacaq ya olunmayacaq, ümumiyyətlə bu barədə heç bir məlumatımız yoxdur”.

Könül Səid

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal