“Azərsu” Açıq Səhmdar Cəmiyyəti hüquq məsləhətçisi vəzifəsi üzrə vakant iş yerlərinə işçi qəbulu elan edib. “Azərsu” ASC-nin Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu vəzifə üzrə əmək funksiyalarına hüquqi əhəmiyyətli sənədlərin hazırlanması, məhkəmə işlərinin aparılması, mülki-prosessual sənədlərin və müvafiq hüquqi rəylərin hazırlanması daxildir.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
- 25-40 yaş həddi.
- Hüquq ixtisası üzrə ali təhsil.
- Müvafiq ixtisas üzrə 2 illik iş təcrübəsi.
- Mülki, əmək, inzibati və mülki-prosessual hüquq sahələrində mükəmməl bilik və iş təcrübəsi.
- Mülki-prosessual sahədə məhkəmə təcrübəsi.
- Kompyuter biliklərinə malik olmaq (MC office proqramlarında sərbəst işləmək bacarığı).
- Sənədlərlə yüksək səviyyədə işləmək bacarığı.
Namizədlər müsabiqə yolu ilə seçiləcək. Maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat almaq üçün “Azərsu” ASC-nin İnsan resursları şöbəsinə müraciət etmək olar.(tel. 012 431-47-67).
Modern.az