Modern.az

Ümid Partiyası və KXCP də 8 aprel mitinqinə qoşulmayacaq

Ümid Partiyası və KXCP də 8 aprel mitinqinə qoşulmayacaq

5 Aprel 2012, 15:25

Bir sıra müxalifət partiyaları İctimai Palatanın aprelin 8-nə təyin etdiyi razılaşdılışmış mitinqinə qoşulmayacaqlar. AMİP və ADP-dən sonra Ümid Partiyası və KXCP də müxalifətin aksiyasında iştirak etməyəcəklərini bildiriblər.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Modern.az-a açıqlamasında bildirib ki, onlar da İctimai Palatanın 8 aprel aksiyasına qoşulmayacaqlar.

“Bu aksiyanı biz təşkil etmədiyimiz üçün iştirak da etməyəcəyik. Hər halda aksiyanın təşkili ilə bağlı bizə müraciət olunmayıb. Amma üzvlərimiz sərbəstdirlər, onlar iştirak edə bilərlər”-deyə qeyd edən İ.Ağazadə 8 aprel aksiyasında heç nə gözləmədiyini bildirib.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlu da İctimai Palatanın mitinqinə qoşulmayacaqlarını təsdiqləyib.

Bundan öncə ADP sədri Sərdar Cəlaloğlu və AMİP sədri Yusif Bağırzadə də İctimai Palatanın Bibiheybətdə keçiləcək mitinqində iştirak etməyəcəkləri deyiblər.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal