Modern.az saytının məlumatına görə, Çexiyada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın Çexiya dövlət başçısı Vatslav Klaus və xanımı Livia Klausova ilə birgə görüşü olub. Daha sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdən sonra Azərbaycan-Çexiya dövlətləri arasında sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Regional İnkişaf Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Çexiya Respublikasının regional inkişaf naziri Kamil Yankovski imzalayıblar.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çexiya Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Çexiya Respublikasının mədəniyyət naziri Alena Hanakova imzaladılar.
“Milli Azərbaycan Tarixi Muzeyinin və Çexiya Respublikasının Milli Muzeyi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Çexiya Respublikasında səfiri Tahir Tağızadə və Çexiya Respublikası Milli Muzeyinin direktoru Mixal Lukeş imzalayıblar.
“M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Çexiya Respublikasının Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandumu”nu Azərbaycan Respublikasının Çexiyadakı səfiri Tahir Tağızadə və Çexiya Respublikası Milli Kitabxanasının baş direktoru Tomaş Böhm imzayıblar.
Sənədlərinin imzalanması mərasimindən sonra prezidentlərin birgə mətbuat konfransı keçirilib. Dövlət başçıları bəyanatlarla çıxış ediblər.
Modern.az