Modern.az

“Reuters” Agentliyi İrandan üzr istəyib

“Reuters” Agentliyi İrandan üzr istəyib

5 Aprel 2012, 17:05

 “Reuters” Agentliyi keçən ay İranın müharibə üçün qadın ninzalar hazırladığı barədə yaydığı qalmaqallı məlumata görə  üzr istəyib. Modern.az İRNA agentliyinə istinadən bildirir ki, bu barədə İranın Mədəniyyət nazirliyinin xarici media departamentinin baş direktoru Məhəmməd Cavad  Ağhacari deyib.

“Reuters” keçən ay bir qrup iranlı qızın Tehran yaxınlğındakı bir şəhərdə döyüş növləri öyrəndiyini göstərən görüntülər yayımlayaraq İranın hər hansı mümkün xarici düşmənə qarşı 3000 nəfərlik  qadın ninza hazırladığını elan etmişdi.

İran KİV-lərinin də sərt etirazından sonra “Reuters” bəyantaında dəyişikliklər etsə də, hərəkətinə görə üzr istəməkdən imtina etmişdi. İran aprel ayının 2-də səhvə görə agentliyin mətbuat kartını ləğv etmişdi.

İRNA-ya danışan Ağhacari deyib ki, “Reuters”in rəsmiləri öz səhvlərini başa düşüblər və bunu qəbul ediblər.  Öz səhvlərin qəbul etdikdən sonra agentlik rəsmiləri İranın rəsmiləri ilə görüş tələb ediblər. Lakin bu görüş hələ baş tutmayıb.

 Ağhacari həmçinin deyib ki, agentliyin İrandakı fəaliyyəti müvəqqəti dayandırılıb və onların rəsmiləri ilə danışıqlar aparılır.  “Məsələ sual altındadır və “Reuters” qaydalara əməl etsə, İrandakı fəaliyyətinin davamı üçün icazə ala bilər”-deyə o vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal