Modern.az

Ziya Məmmədov müşavirə keçirdi

Ziya Məmmədov müşavirə keçirdi

5 Aprel 2012, 17:44

Modern.az xəbər verir ki, “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsinə hazırlıqla bağlı bu gün Nəqliyyat Nazirliyində müşavirə keçirilib. Nəqliyyat naziri cənab Ziya Məmmədovun rəhbərliyi ilə keçirilən müşavirədə mahnı müsabiqəsinin keçirilməsinə hazırlıq prosesi ilə bağlı həyata keçirilən tədbirlər müzakirə edilib. Nəqliyyat-yol kompleksinə daxil olan qurumlar üzrə görülmüş işlərin hesabatı dinlənilib, nəzərdə tutulan tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.
Avtomobil yollarının vəziyyəti, yol nişanlarının qoyulması, müvafiq istiqamətlər üzrə xüsusi marşrut sxemlərinin işlənib hazırlanması, Bakıya gələn rəsmi qonaqların və turistlərin avtobus və taksilərlə daşınması ilə bağlı hərəkət sxemləri, 22 yerdə xüsusi taksi dayanacağının yaradılması, sərnişin daşımalarının tənzimlənməsi məqsədilə dispetçer məntəqələrinin təşkili məsələlərindən danışılıb. Bundan başqa sərnişin avtobuslarını və sərnişin daşıması ilə məşğul olan digər avtonəqliyyat vasitəsini idarə edən sürücülər üçün kursların təşkili, hazırlanması, taksi maşınlarına taksometrlərin və post-terminalların quraşdırılması və s. kimi məsələlər də müzakirə mövzusu olub.

Müşavirənin sonunda cənab Ziya Məmmədov Nəqliyyat Nazirliyinin tübeli qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlarını verib

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal