Modern.az

YAP-ın rayon təşkilatının sədri vəzifəsindən azad edilib

YAP-ın rayon təşkilatının sədri vəzifəsindən azad edilib

5 Aprel 2012, 18:02

Yeni Azərbaycan Partiyasından (YAP) Modern.az-a verilən məlumata görə, bu gün partiyanın Qəbələ rayon təşkilatının VIII konfransı keçirilib. Konfransda YAP Qəbələ rayon təşkilatının sədri Qüdrət Səmədov hesabat məruzəsi ilə cıxış edərək, təşkilatın hesabat dövrü ərzində gördüyü işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib. Sonra məruzə ətrafında müzakirələr aparılıb.

Müzakirədən sonra təşkilati məsələlərə baxılıb. Qüdrət Səmədov YAP Qəbələ rayon təşkilatının sədri postundan uzaqlaşdırılıb, Ağasəfov Abil quruma yeni sədri seçilib. Konfransda həmçinin, rayon təşkilatının 45 nəfərdən ibarət şurası, 15 nəfər tərkibdə idarə heyəti və 7 nəfərlik nəzarət-təftiş qrupu müəyyənləşib.

Qeyd edək ki, konfransda YAP İcra katibinin müavini Mübariz Qurbanlı, millət vəkili Fəttah Heydəro və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev da çıxış ediblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal