Modern.az

Hesablama Palatasına edilən müraciətlər vəzifədən sui-istifadə ilə bağlı olub

Hesablama Palatasına edilən müraciətlər vəzifədən sui-istifadə ilə bağlı olub

6 Aprel 2012, 12:19

2011-ci ildə Hesablama Palatasına 95 vətəndaş müraciəti daxil olub. Müraciətlərdən 50-si vəzifədən sui-istifadə, 17-si sosial məsələlərlə bağlıdır. Modern.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi illik hesabat sənədində qeyd edilib.

“Bu müraciətlərin əksəriyyəti vətandaşların hazırda və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətandaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması, sosial  müavinətlərin verilməsi üçün köməkliyin göstərilməsi barədə olub. Bunlarda müvafiq qaydada  baxılaraq araşdırılması üçün aidiyyəti qurumlara göndərilib” – deyə Hesablama Palatasının sənədində qeyd edilib. Bildirilib ki, son üç il ərzində Palataya edilən müraciətlərin böyük əksəriyyəti vəzifədən sui-istifadə və sosial məsələlərlə bağlı olub.

Hesablama Palatasının məlumatına görə, 2011-ci ildə quruma daxil olan müraciətlər əsasən Bakı (36), Sumqayıt (3), Lənkaran (1), Ağdam (2) və Mingəçevir (6) şəhərləri, Abşeron (4), Astara (2), Ağcabədi (7), Zərdab (1), Biləsuvar (3), Qazax (1), Masallı (2), Kürdəmir (3), Cəlilabad (3), Sabirabad (3), Ağstafa (1), Şamaxı (2), Xaçmaz (3), Bərdə (3), Salyan (1), Ağsu (1), Göyçay (1), Göygöl (1) və Daşkəsən (2) rayonları üzrədir.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal