Modern.az

Daxili İşlər Nazirliyi: "Gəncə hadisəsi ilə bağlı rəsmi məlumat veriləcək"

Daxili İşlər Nazirliyi: "Gəncə hadisəsi ilə bağlı rəsmi məlumat veriləcək"

Təhsil

6 Aprel 2012, 12:19

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müaviniı Ehsan Zahidov bu gün səhər saatlarında Gəncədə baş verən silahlı insidentlə bağlı Modern.az-a açıqlama verib. E.Zahidov bildirib ki, nazirlik bununla bağlı rəsmi məlumat yayacaq:

“Hələki mən bununla bağlı deyə bilərəm ki, Daxili İşlər Nazirliyi Gəncədə baş verən qanlı olayla bağlı tezliklə rəsmi məlumat verəcək”

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhəri, Təbriz küçəsi 93 ünvanında silahlı insident baş verib. Hadisə nəticəsində bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.

Anar RÜSTƏMOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?