Modern.az

ATƏT-in Bakı Ofisi: "Uzun illərdən sonra razılaşdırılan aksiyanı müsbət qarşılayırıq"

ATƏT-in Bakı Ofisi: "Uzun illərdən sonra razılaşdırılan aksiyanı müsbət qarşılayırıq"

6 Aprel 2012, 14:17

ATƏT-in Bakı Ofisi müxalifət qüvvələrinin toplaşdığı İtimai Palatanın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış 8 aprel mitiniqini müsbət qiymətləndirir. Bunu Modern.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov bildirib. O, qeyd edib ki, ATƏT müxalifətin bu addımını yüksək qiymətləndirir:

“Ümumiyyətlə, ATƏT-in Bakı ofisi ifadə azadlığı, toplaşmaq azadlığının həyata keçirilməsi halını müsbət qiymətləndirir və  bu baxımdan deyə bilərəm ki, müxalifətin uzun illərdən sonra razılaşdırılan aksiyaya qatılmasını biz çox müsbət hal kimi qarşılayırıq”-deyə R..Hüseynov vurğulayıb. 

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, ATƏT-in Bakı Ofisinin nümayəndələri də 8 aprel aksiyasını izləyəcəklər.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal