Modern.az

Bakının mənzil fondunda yarım milyon mənzil var

Bakının mənzil fondunda yarım milyon mənzil var

6 Aprel 2012, 15:03

Bu gün Bakı şəhəri üzrə mənzil fondunda 550 minə yaxın mənzil var. “NBA Consaltinq”in direktoru Nüsrət İbrahimovun Modern.az-a verdiyi məlumata görə qeyri-rəsmi statistikada bu rəqəm daha böyükdür:

“ Rəsmi statistikada mənzillərin sayı 550 minə yaxın göstərilirsə, qeyri-rəsmi hesablamalarda bu göstərici 700 mindən artıqdır. Rəsmi göstəricilərdə mənzil fondundakı evlərin ərazisi  28 milyon kvadratmetr hesablanıbsa, qeyri–rəsmi məlumatlara görə bu rəqəm 35 milyon kvadratmetrə yaxındır. Bu mənzillərin böyük əksəriyyəti müəssisələrə, şirkətlərə aiddir. Əsas hissə də Bakı şəhəri İcra Hakimiyyətinin balansında olan mənzil fonduna məxsusdur”.

Bakı şəhər İcra Hakimiyyətindən isə bildiriblər ki, tikinti olmadığından bu qurumun mənzil fondunda bir dənə də olsun boş mənzil yoxdur.

Gültəkin Ələsgər

        

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal