Modern.az

Telekanalların hər birinə 500 min manat ayrıldı

Telekanalların hər birinə 500 min manat ayrıldı

6 Aprel 2012, 16:51


Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, iclasda milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə, “ANS Müstəqil Yayım və Media Şirkəti”nə, “Azad Azərbaycan Teleradio Kompaniyası”na, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Kompaniyası”na və “Xəzər TV” MMC-yə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 500 000  (beş yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal