Modern.az

“Mədəniyyət haqqında" qanun layihəsi qəbul olundu

“Mədəniyyət haqqında" qanun layihəsi qəbul olundu

6 Aprel 2012, 18:25

Milli Məclisin yaz sesiyasının bu gün  keçirilən plenar  iclasında “Mədəniyyət haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. Modern.az saytı xəbər verir ki,  Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qanunu təqdim edərək bildirib ki, "Mədəniyyət haqqında" qanun layihəsi dövlətin mədəniyyət siyasətinin əsas prinsiplərini, mədəniyyət fəaliyyətinin təşkilinə dair hüquqi, sosial, iqtisadi əsasları, mədəniyyət işçilərinin statusunu müəyyən edir, bu sahədə hüquqi baza rolunu oynayır.

Müzakirələr zamanı deputat İlyas İsmayılov bildirib ki, dünyanın bir çox yerlərində olan Azərbaycanın mədəniyyət, incəsənət abidələri ölkəyə gətirilməlidir, çünki onlar turistlər üçün böyük maraq kəsb edə bilər.

Eyni  təkliflə deputat Leyla Abdullayeva da çıxış edib.

Millət vəkili  Elmira Axundova çıxış edərək bildirib ki, bu qanunda mədəniyyət sahəsində iqtisadi fəaliyyət geniş şəkildə əks olunmayıb. O hesab edir ki, yaradıcılıq ittifaqları gəlir vergisindən azad olunmalıdır.

E. Axundova qeyd edib ki, müvafiq razılaşmaya əsasən, MDB daxilində idxal və ixrac olunan mədəniyyət obyektləri gömrük rüsumundan azad olunur.

Qanun 9 fəsil, 46 maddədən ibarətdir.

Müzakirələrdən sonra "Mədəniyyət haqqında" qanun layihəsi  birinci oxunuşda qəbul edilib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal