Modern.az

“Azərenerji” deputatın ittihamlarına cavab vermədi

“Azərenerji” deputatın ittihamlarına cavab vermədi

6 Aprel 2012, 18:32

Bu gün Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Çingiz Qənizadə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə qarşı bir sıra ağır ittihamlar səsləndirib.  “Azərenerji”ni korrupsiyada ittiham edən deputat ASC-ni bütün əməliyyatlarını AZENCO şirkəti ilə birlikdə aparmaqda suçlayıb və deyib ki, həmin şirkət E.Pirverdiyevə yaxındır.
Millət vəkili “Azərenerji” ilə bağlı heç bir ölçü götürülmədiyini də deyib. O təklif edib ki, Hesablama Palatası “Azərenerji” ilə bağlı apardığı araşdırmaları Baş Prokurorluğa göndərsin.

Modern.az-ın əməkdaşı ittihamlarla bağlı qarşı tərəfin fikirlərini öyrənmək istəsə də, cəhdlərimiz boşa çıxıb.  Əvvəlcə “Azərenerji” ASC-dən bu barədə Etibar Pirverdiyevə məruzə edib bizimlə əlaqə saxlayacaqlarını bildirdilər.Amma günün sonuna kimi onlarla əlaqə saxlasaq da, telefonun dəstəyini qaldıran olmadı.
Bəlkə qarşı tərəf ittihamlarla razılaşır..?  

Gültəkin Ələsgər
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal