Modern.az

Bakcell” CİN kartların qiymətində dəyişiklik edib?

Bakcell”  CİN kartların qiymətində dəyişiklik edib?

7 Aprel 2012, 12:58

Abunəçilər arasında belə söz-söhbət yayılıb ki, “Bakcell”in kontur kartlarında – CİN kartlarda qiymət dəyişikliyi olub.
Amma “Bakcell”in mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, şirkət kartların qiymətində heç bir artım etməyib.
”Bildirmək istəyirik ki, Azərbaycanda «Bakcell»in danışıq kartlarını təklif edən 10 000-dən artıq müstəqil satış nöqtələri mövcuddur. Bu satıcılar danışıq kartlarını bizim xüsusi distribyuter və ya vasitəçilərdən əldə edərək son istifadəçilərə satırlar. Bu cür satıcıların «Bakcell» şirkətinə heç bir aidiyyatı yoxdur. «Bakcell» şirkətinin müstəqil surətdə fəaliyyət göstərən satıcıların qiymət siyasətinə təsir etmək ixtiyarı və hüququ yoxdur. Qiymətlərin aydın və anlaşıqlı olması üçün «Bakcell» şirkəti  hər kartın dəyərini kartın üzərində qeyd edir”.

Şahanə Rəhimli   

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal