Modern.az

8 aprelin hava proqnozu

8 aprelin hava proqnozu

Təhsil

7 Aprel 2012, 14:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, aprelin08-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. 
Havanın temperaturunun gecə 6-9 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Aprelin 8-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, qərb rayonlarında çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Ümumiyyətlə, yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturların yüksələcəyi gözlənilir. Cənub küləyi əsəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal