Modern.az

Ramil Usubov Lənkəranda şikayətçilərlə bağlı tapşırıq verib

Ramil Usubov Lənkəranda şikayətçilərlə bağlı tapşırıq verib

7 Aprel 2012, 15:07

Aprelin 6-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı olub. Modern.az-ın məlumatına görə, tədbirdə iştirak edən daxili işlər naziri  Ramil Usubov açılışı bildirən qırmızı lenti kəsib və bina ilə yaxından tanış olub. 

4 mərtəbəli inzibati binanın ümumi sahəsi 3316 kvadratmetrdir. Ən müasir standartlara uyğun tikilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Yeni tikilidə 58 xidməti otaq, 95 yerlik akt zalı var. İnzibati binada Qeydiyyat və şəxsiyyət vəsiqəsi, Dövlət yol polisi  bölmələri, Növbətçi hissə və digər xidməti otaqlar yaradılıb.   

General-polkovnik Ramil Usubov inzibati binanın akt zalında şəxsi heyətlə görüşüb. 

Nazir əmin olduğunu bildirib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyəti rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək.

Aprelin 7-də isə daxili işlər naziri Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Masallı, Cəlilabad, Astara, Yardımlı və Lerik rayonlarının bir qrup sakinini qəbul edib.

Müraciətlərin operativ şəkildə həll edilməsi üçün aidiyyatı Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verilib.

Daxili işlər naziri tərəfindən qəbul edilən 27 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin tam əksəriyyəti elə yerindəcə həllini tapıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal