Modern.az

İctimai Palata 8 aprel mitinqinin saatını təyin etdi

İctimai Palata 8 aprel mitinqinin saatını təyin etdi

7 Aprel 2012, 18:15

Aprelin 7-də İctimai Palatanın (İP) sesssiyası keçirilib. Modern.az-ın məlumatına görə, sessiyada İctimai Palatanın 8 aprel mitiqnə hazırlıq məsələsi geniş müzakirə olunub.

Sessiyada əvvəlcə İctimai Palatanın Kotdinasiya Şurasına rəhbərlik edən eks-deputat Pənah Hüseyn çıxış edib. Ardınca Müsavat başqanı İsa Qəmbər məruzə etdi. Müsavat başqanı 8 aprel mitinqini 20-ci Sahədə keçirməyi taktiki addım kimi dəyərləndirib və bunda qətiyyən ruh düşgünlüyü yaradan amilin olmadığını vurğulayıb.
AXCP sədri Əli Kərimli də çıxışında daha çox 8 aprel mitinqi üzərində dayanaraq bu aksiyanın yeni xalq hərəkatının  başlanğıcı olacağını deyib.
AXCP mətbat xidmətinin rəhbəri Natiq Ədilovun verdiyi məlumata görə, sessiyada bildirilib ki, mitinqin təhlükəsizliyini təmin etmək üçün təşkilatçılar və polis arasında razılaşma olub. Bu razılaşma ondan ibarətdir ki, mitinqdən öncə hər kəs yoxlanılaraq meydana buraxılacaq. Daha bir razılaşma meydana şüşə qablarda su gətirlməməsi ilə bağlı olub. Yoxlamalara görə, sabah aksiyaya vaxtından tez - saat 14:00-da gəlmək tövsiyyə olunub.



Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal