Türkiyənin məşhur ssenari yazarı Meral Okay dünyasını dəyişib.
Modern.az TRT saytına istinadən xəbər verir ki, Kamal Sunalın oğlu Əli Sunal "Twitter"də "Meral Okayı itirdik, başımız sağ olsun" deyə yazıb.
Qeyd edək ki, Meral Okay xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Onu da əlavə edək ki, xanım Okay azərbaycanlı tamaşaçıların da baxdığı məşhur "Möhtəşəm Yüz İl" serialının ssenari müəllifiydi.
Modern.az