NATO ekspertləri bu gün Azərbaycana səfər edəcəklər. Bu barədə Modern.az-a Azərbaycanın NATO yanında nümayəndəliyin mətbuat xidmətinin rəhbəri Azad Aslanov məlumat verib.
A.Aslanov bildirib ki, Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) və Planlaşdırma və Analiz Prosesi (PAP) üzrə qiymətləndirmə sənədlərinin hazırlanması üçün məsləhətləşmələr aparmaq məqsədilə NATO ekspertlərindən ibarət qrup aprelin 9-14-dək ölkəmizdə səfərdə olacaqlar. Bu məsləhətləşmələr qeyd edilən tərəfdaşlıq mexanizmləri çərçivəsində tərəfdaşlıq məqsədləri üzrə və ölkəmizin NATO ilə tərəfdaşlığa cəlb olunan aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə aparılacaq. Modern.az