Modern.az

Sabah 30 dərəcə isti olacaq

Sabah 30 dərəcə isti olacaq

10 Aprel 2012, 11:47

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 11-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu